Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Reseptsiz D vitamini qəbul edənlərin diqqətinə: Yalnız bu halda...

Reseptsiz D vitamini qəbul edənlərin diqqətinə:  Yalnız bu halda...

Tarix: 16 Yanvar 2021 16:45

Pandemiya dövründə virusla mübarizədə immun sisteminin güclü olması olduqca vacibdir. Bu baxımdan bədəndəki əhəmiyyətli rolu səbəbindən D vitamini çatışmazlığı sağlamlığa ciddi şəkildə təsir edir.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, immunitet sisteminizin gücünün itməsi səbəbindən, koronavirus və qrip infeksiyaları daxil olmaqla. yoluxucu xəstəliklərin inkişaf riski vitamin çatışmazlığı olan şəxslərdə yüksəkdir.

Bu səbəbdən, gündəlik qan testlərində D vitamini çatışmazlığı olan şəxslər, ən qısa müddətdə D vitamini əlavələrinə başlamalı və vitamin səviyyəsini normal həddə çatdırmalıdırlar. Menopoz sonrası qadınlar, yaşlı insanlar, böyrək xəstələri və ya kifayət qədər günəş işığı almamış şəxslər üçün D vitamini əlavələrinin müntəzəm istifadəsi tələb olunur. D vitamini əlavələri gündəlik 400 IU dozada damla şəklində başlayır.

Bununla birlikdə, xəstənin yaşına, sağlamlıq vəziyyətinə, hamiləliyin mövcudluğuna görə xəstəyə xüsusi bir doz təyin edilə bilər. Mütəxəssislər həkim məsləhəti, vitamin testi olmadan özbaşına D vitamini əlavələri istifadə edənlərin sağlamlıqlarını riskə atdığı vurğulayır.

Reseptsiz D vitamini qəbulu, müxtəlif toxuma və orqanlarda kalsium və fosforun yığılması, orqanların zədələnməsi ilə nəticələnə bilər. Xüsusilə böyrəklər, ürək, qaraciyər, əzələlər və həzm sistemi bu mineralların yüksək səviyyəsindən mənfi təsirlənir.


Etiketlər:  Reseptsiz vitamini qəbul edənlərin diqqətinə Yalnız halda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ