Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2021 13:08
Azərbaycan milli komandasının qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko Rusiya Premyer Liqa təmsilçisi SSKA-nın məşqçilər heyətinə daxil olub.
Sonxeber.net xəbər verir ki, qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Onun əsas komanda ilə qapıçılar üzrə məşqçi kimi çalışacağı bildirilib. 48 yaşlı mütəxəssis bu gün komanda ilə İspaniyaya təlim-məşq toplanışına yollanacaq.
Qeyd edək ki, millimizin keçmiş qapıçısı yığmamızdan əvvəl "Neftçi" və "Qəbələ"də də məşqçi kimi çalışıb.