Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2021 11:33
Bakı. Nərgiz Sadıxova, Orxan Nəbiyev - Trend:
Azərbaycan COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə görə ikinci yerdə qərarlaşıb.
Trend-in məlumatına görə, bu barədə Oksfordun tərtib etdiyi hökumət reaksiyası indeksində deyilir.
2021-ci il yanvarın 9-a olan vəziyyətə əsasən, pandemiya ilə əlaqədar qəbul edilmiş tədbirlərin sərtlik indeksinə görə Azərbaycan 89,81 xalla ikinci olub. Azərbaycan hökumətinin reaksiya indeksi 73,53, səhiyyə sisteminin vəziyyəti indeksi 82,69-a bərabər olub.
Qonşu ölkələr arasında tədbirlərin sərtliyi indeksində Türkiyə 65,28, Rusiya 50,46, İran 70,83, Gürcüstan 84,26 xal toplayıb.
Qeyd edək ki, Oksford COVID-19 pandemiyasına reaksiya tədbirləri ilə bağlı indeksi 19 müxtəlif göstərici əsasında tərtib edir.