Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Macarıstanda pandemiya dövründə onlayn-satış rekord həddə çatıb

Macarıstanda pandemiya dövründə onlayn-satış rekord həddə çatıb

Tarix: 18 Yanvar 2021 22:58

Koronavirus pandemiyası və karantin tədbirləri bir tərəfdən restoran və kafelər üçün böyük itkilərə səbəb olsa da, digər tərəfdən internet-mağazalardan və yeməklərin onlayn çatdırılmasından daxil olan gəlirlər rekord göstəricilərə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, adi mağazalarda alış-veriş imkanlarının məhdudlaşdırılması, həmçinin koronavirusa yoluxma təhlükəsindən ehtiyatlanmaq bir çox avropalını müxtəlif malların, o cümlədən ərzaq mallarının onlayn rejimdə əldə olunmasına məcbur edib. Bu sahənin tədqiqatı ilə məşğul olan şirkətlərin məlumatına görə, ötən il onlayn-mağazalar üçün Aİ ölkələrində həqiqətən də rekord ili olub. Təkcə Macarıstanda vətəndaşlar ötən il onlayn alış-verişlərdə 3,1 milyard avro xərcləyiblər.

Ötən il onlayn əldə edilən ərzaq məhsullarına tələbat əhəmiyyətli dərəcədə artıb. Bütün il ərzində Aİ məkanında bu göstərici 42 faizə çatıb.

Ötən ilin rekord ili olacağı artıq lokdaunun tətbiq ediləcəyinin mümkünlüyü barədə ilkin xəbərlərin əmələ gəlməsi zamanı bəlli idi. Mart ayında, ölkələr karantinə "bağlanmağa" başlayanda İnternet satışlarında ciddi canlanma yarandı. Oktyabr-dekabr aylarında Milad bayramlarına hazırlıqlar da özünü göstərib - bu müddətdə Aİ ölkələri sakinləri qənaət etdikləri vəsaitin böyük hissəsini internetdə hədiyyələr almağa xərcləyiblər.

Milli.Az


Etiketlər:  Macarıstanda pandemiya dövründə onlayn satış rekord həddə çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ