Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2021 07:02
Qadınlar COVID-19 infeksiyasına daha çox məruz qalırlar.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislər bunu qadınların koronavirusla mübarizənin önündə getməsi və xəstələrlə daha çox təmasda olması ilə izah edirlər. Belə ki, xidmət göstərən tibb işçilərinin 84,5 faizini, qocalar evinin işçilərinin 77,8 faizini, əczaçıların da 76,1 faizini qadınlar təşkil edir.
Bundan başqa, qadınlar koronavirusdan iqtisadi cəhətdən də əziyyət çəkirlər, çünki ən çox iş yerləri (mehmanxana biznesi, pərakəndə ticarət, xidmət sahəsi) məhv edilən fəaliyyət və peşələrə cəlb edilirlər.
Digər tərəfdən, məsafəli işin yayılması qadınların yükünü artırdı, çünki adətən ev işlərinin və uşaqlara qayğının əsas hissəsi onların üzərinə düşür.