Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2021 14:12
Bakı. Orxan Nəbiyev - Trend:
2020-ci ildə Avropa İttifaqı (Aİ) ölkələrində yeni avtomobil satışı 2019-cu illə müqayisədə 23,7 faiz azalıb.
Trend-in məlumatına görə, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası bildirib.
Bu, Aİ avtomobil bazarı tarixində ən yüksək göstərici olub.
Qeyd olunub ki, ötən il Aİ ərazisində yalnız 9 milyon yeni avtomobil qeydə alınıb və bu 2019-cu illə müqayisədə 3 milyon azdır.
Avropa Komissiyasının hesablamalarına əsasən, 2020-ci ildə Aİ İkinci dünya mühahirəbəsindən sonra ən yüksək iqtisadi azalma nümayiş etdirib. Ötən il Aİ iqtisadiyyatı 7,5 faiz azalıb.