Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2021 15:56
"Het-trik etmək üçün bir qol da vura bilərdim. Ancaq dubl da qalib gəlməyə kifayət etdi. Çətin bir matç oldu. Xüsusən də, 74-cü dəqiqədədən sonra. Çünki azlıqda qaldıq".
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Milan"ın futbolçusu Zlatan İbrahimoviç A seriyasının 18-ci turunda "Kalyari" ilə matçdan (0:2) sonra verdiyi açıqlamada deyib. 39 yaşlı hücumçu "Bu mövsüm komandanızın çempion olacağına inanırsınızmı? sualını belə cavablandırıb:
"Gənc futbolçular məni motivasiya edir. Onlar meydançada kimin daha çox qaça bildiyini göstərirlər. Lakin mən də təslim olmuram və onlarla eyni miqdarda iş görə biləcəyimi göstərirəm.
"Milan" üçün hər şey yaxşı gedir. Çempionluğa az qalmışıq, yarıdayıq. İndi daha çətin oyunlar başlayır. Amma Mario Mandzukiç, Sualiho Meyte kimi futbolçular bizə qoşulub. Bəlkə, başqaları da gələcək.
Müqaviləmin uzadılmasına gəlincə, bu, Paulo Maldinidən asılıdır. "Milan"da çox xoşbəxtəm. Bu qayıdış məni çox dəyişdirdi.
Mən çempion olacağımıza inanıram? Mən Zlatana inanıram".
Qeyd edək ki, "Milan" 43 xalla turnir cədvəlində liderdir.