Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2021 13:12
Bakıda mebel sexi yanıb.
Sonxeber.net-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Belə ki, ümumi sahəsi 1000 m² olan mebel sexinin yanar konstruksiyaları və içərisinə yığılan boya məhsulları 40 m² sahədə, bitişik ümumi sahəsi 40 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan "Opel" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yanğın zamanı 1 nəfər xəsarət alıb.