Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qar rayonlarda fəsadlara səbəb oldu - VİDEO

Qar rayonlarda fəsadlara səbəb oldu - VİDEO

Tarix: 21 Yanvar 2021 10:00

Bölgələrə ötən gecədən aramsız yağan qar yollarda müəyyən çətinliklərə səbəb olub. İsmayıllı və Şəkidə enişli-yoxuşlu yollarda avtomobillərin hərəkəti məhdudlaşıb. Cəlilabad və Biləsuvarda isə bəzi yaşayış məntəqələrində qar səbəbindən elektrik enerjisi verilişində fasilələr yaranıb.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, gecə saatlarından yağan qar İsmayıllıda müəyyən çətinliklər yaradıb.

Muğanlı-İsmayıllı yolunun dağlıq ərazilərindən keçən hissəsinin və Muğanlı dolaylarının buz bağlaması nəqliyyatın hərəkətində müəyyən ləngimələrə səbəb olub."İsmayıllı Yol İstismar" MMC-nin canlı qüvvəsi və ağır texnikaları əraziyə cəlb olunub, yollar qardan təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub.

Dəmirçi-Lahc yolu da hazırda avtomobilərin hərəkət intensivliyi dəfələrlə aşağı düşüb.

Qar Şəkidə də yollarda çətinliklər yaradıb. Rayonun Baş Göynük, Şin, Baş Laysqı, Baş Şabalıd, Yeni Göynük, Kiş, Oxud kəndlərində qarın qalınlığı 20 sm-ə çatıb. Aidiyyatı qrumlar səhər saatlarından həmin istiqamətə gedən yollara duz qum qarışığı səpsələr də, daha yüksəkdə yerləşən kəndlərdə avtomaşınların hərəkətində problemlər yaşanıb.

Cəlilabada isə ilin ilk qarı yağıb. Qarın hündürlüyü rayonda bəzi ərazilərdə 12-15 sm təşkil edib. Yağıntı daha çox rayonun Buravar, Şatırlı, Əsədli, Ləkin, Musalı, Zəhmədabad kəndlərinə düşüb.

Biləsuvar rayonunun kəndlərinə də qar yağıb. Mərkəzlə müqayisədə kəndlərə daha çox qar düşüb. Qarın hündürlüyü 4, bəzi yerlərdə 6 sm-a çatıb.

Bu arada Ekologiya və Təbii sərvətlər Nazirliyinindən verilən məlumata görə qar örtüyünün hündürlüyü Qax rayonunda 43 santimetrə çatıb. normasından 5.5 dərəcə aşağı olub.


Etiketlər:  rayonlarda fəsadlara səbəb oldu VİDEO


RƏYLƏR