Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zidan “Real”dan ayrılacaq?

Zidan “Real”dan ayrılacaq?

Tarix: 21 Yanvar 2021 15:16

"Real"ın baş məşqçisi Zinəddin Zidan ən azı mövsümün sonadək klubdan ayrılmayacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın "Marca" nəşri məlumat yayıb.

48 yaşlı mütəxəssisin komandası ötən gün İspaniya kubokundan 3-cü liqa təmsilçisi "Alkoyano"  tərəfindən kənarlaşdırılıb. Buna baxmayaraq, fransalı çalışdırıcı istefa vermək niyyətində deyil.

Həmçinin, Madrid təmsilçiinin rəhbərliyinin də Zidanı qovmağı planlaşdırmadığı bildirilib. Onun "kral klubu"ndak gələcəyinə mövsümün sonunda aydınlıq ələcək.

Qeyd edək ki, "Real" hazırda La Liqanın turnir cədvəlində 37 xalla 2-cidir və lider "Atletiko"dan 4 xal geri qalır.

Milli.Az


Etiketlər:  Zidan Realdan ayrılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ