Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2021 11:24
"Liverpul" bu mövsüm son 5 ildəki ən bərbad nəticəsini göstərib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, "mersisaydlılar" ötən gecə "Bernli"yə (0:1) məğlub olub. Beləliklə, "Liverpul" 19 oyundan sonra cəmi 34 xal toplaya bilib. Bu isə komandanın 2015/2016-cı illər mövsümündən sonra ən pis nəticəsi hesab edilir. Həmin vaxt "qırmızılar" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıblar.
Qeyd edək ki, hazırda lider "Mançester Yunayted"dən 6 xal geri qalan "Liverpul" 4-cü sırada yer alıb.