Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

TAP konsorsiumu İtaliyada tikinti zamanı köçürülmüş zeytun ağaclarını yerinə qaytarıb

TAP konsorsiumu İtaliyada tikinti zamanı köçürülmüş zeytun ağaclarını yerinə qaytarıb

Tarix: 22 Yanvar 2021 12:56

Bakı. Ləman Zeynalova, Orxan Nəbiyev - Trend:

Trans-Adriatik boru kəməri (TAP) konsorsiumu İtaliyada tikinti işləri zamanı başqa yerə köçürülmüş zeytun ağaclarını əvvəlki yerinə qaytarıb.

Trend bu barədə konsorsiuma istinadən məlumat verir.

Məlumata əsasən, “Xylella” bakteriyası ilə yoluxma səbəbi ilə kəsilmiş ağaclar bakteriyalara daha dayanıqlı gənc ağaclarla əvəz edilib.

Daha sonra podratçılar boru kəmərinin yolu üzərindən yığışdırılmış 828 zeytun ağacını əvvəlki yerinə qaytarıb. Bundan başqa, “Xylella” bakteriyasına daha dayanıqlı 930 zeytun fidanı 8 kilometrlik dəhliz boyunca yoluxma səbəbi ilə kəsilmiş ağacların yerinə salınır.


Etiketlər:  TAP konsorsiumu İtaliyada tikinti zamanı köçürülmüş zeytun ağaclarını yerinə qaytarıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ