Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2021 08:24
Hissiyyatın orqanizmin xarici və daxili mühitlə qarşılıqlı əlaqəsində böyük rolu vardır.Hissiyyatın neyronları fəqərəarası düyünlərdə yerləşir.Fəqərələrdə müxtəlif patologiyalar baş verdikdə hissiyyat pozulmaları əmələ gəlir ki,bu da yerləşdiyi fəqərədən asılı olaraq ona uyğun nahiyənin hissiyyatının pozulması ilə müşayət edilir.Hissiyyat pozulmalarının aşağıdakı növləri var.
Anesteziya
Bu və ya başqa hissiyyat növünün itirilməsidir.Hissiyyatın bütün növlərinin itirilməsi anesteziya adlanır.
Hipesteziya
Bu hissiyyatın qismən zəifləməsidir.
Hiperesteziya
Bu hissiyyatın yüksəlməsi,hissi impulsun yolundakı patoloji proseslə törənən qıcıqların toplanmasından irəli gəlir.
Hissiyyatın pozulmasının dissosiasiyası
Bu zaman eyni sahədə bəzi hissiyyat növlərinin itirilməsi,bəzilərinin isə saxlanılması mümkün olur.
Dizesteziya
Yəni sinirin qıcığı toxunma ağrısı,istilik və ya soyuq ağrısı kimi hiss edilir.
Sinesteziya
Bu zaman qıcıq nəinki vurulan sahədə,hətta başqa sahələrdə də hiss olunur.
Ağrı hissiyatı orqanizmdə patoloji proseslər nəticəsində meydana çıxır və xaricdən qıcıqlanma olmadan meydana gəlir.Ağrı hissi yerləşməsinə görə bir-neçə yerə bölünür.Yerli ağrı patologiyanın loklizasiyasını bildirir.
İrradiasiya edən ağrı qıcıqlanan sinirin bir şaxəsinin yayıldığı nahiyəni əhatə edir.
Əksolunma ağrılar daxili orqanıların patologiyaları zamanı əmələ gəlir.Qıcıqlanma daxili orqanların reseptorlarının onurğa beyinin arxa buynuzundakı ağrı hissiyyatı hüceyrələrinə yayılır,nəticədə həmin hissənin ağrısı kimi əks olunur.
Kauzalgiya dözülməz,şiddətli ağrı olaraq periferik sinirlərin zədələnmələri zamanı meydana çıxan ağrılarla müşahidə edilir.