Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST “Pfizer” şirkəti ilə müqavilə imzaladı

ÜST “Pfizer” şirkəti ilə müqavilə imzaladı

Tarix: 23 Yanvar 2021 09:34

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "COVAX" proqramı çərçivəsində 40 milyon doza COVID-19 peyvəndini tədarük etmək üçün Pfizer/BioNTech ilə müqavilə imzalayıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Baş direktor qeyd edib ki, bundan əlavə, 150 milyon doza AstraZeneca/Oxford peyvəndinin çatdırılması gözlənilir: "COVAX" proqramı çərçivəsində peyvəndlərin paylanmasına fevral ayında başlanılacaq". 

"Pfizer"in İdarə Heyətinin baş icraçı direktoru Albert Burla bildirib ki, bu il 2 milyard doza peyvəndin göndərilməsi planlaşdırılıb: "Şirkət bu ilin birinci rübündə peyvəndlərin göndərilməsinə başlayacaq".


Etiketlər:  ÜST Pfizer şirkəti ilə müqavilə imzaladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ