Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

25 ildən sonra ilk dəfə - “Borussiya”ların duelində

25 ildən sonra ilk dəfə - “Borussiya”ların duelində

Tarix: 23 Yanvar 2021 14:14

Almaniya Bundesliqasının XVIII turunda Dortmund "Borussiya"sını qəbul edən Mönhenqladbax "Borussiya"sı 4:2 hesablı qələbə qazanıb.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bu matç meydan sahibləri üçün əlamətdar olub.

Bununla mönhenqladbaxlılar son 25 ildə ilk dəfə Dortmund komandasının qapısından 4 top keçirməyi bacarıblar. Buna qədər komanda 1996-cı ildə rəqibini 5:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Marko Rouzun komandası bu qələbədən sonra Bundesliqada 31 xalla 4-cü pilləyə yüksəlib. Dortmundlular isə aktivində 29 xalla 5-ci yerdədir.


Etiketlər:  ildən sonra dəfə Borussiyaların duelində


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ