Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2021 20:08
Bakı. Trend:
Amerikalı telejurnalist Larri Kinq bu gün 87 yaşında vəfat edib.
Trend xəbər verir ki, bu barədə onun rəsmi "Twitter" səhifəsində yerləşdirilən məlumatda deyilir.
Bildirilir ki, teleaparıcı Los-Ancelesdəki xəstəxanalardan birində dünyasını dəyişib. Onun ölümünün səbəbi barədə məlumat verilmir.
Xatırladaq ki, yanvarın 2-si "CNN" telekanalı Larri Kinqin koronavirusla əlaqədar xəstəxanaya yerləşdirildiyini bildirmişdi.