Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2021 21:42
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 144 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 5856 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 5811, ağır xəstələr isə 1962 nəfər olub ki, bu da əvvəlki rəqəmlərlə müqayisədə 60 faiz təşkil edir.
Qeyd edək ki, Türkiyədə indiyədək 2 424 328 nəfər yeni növ koronavirusa yoluxub, 24 933 nəfər isə bu virusdan ölüb.