Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2021 05:32
Bakı. Trend:
Bu gün Portuqaliyada prezident seçkiləri keçiriləcək.
Trend-in məlumatına görə, Portuqaliya prezidenti postuna hazırkı dövlət başçısı Marselu Rebelu di Souza da daxil olmaqla 7 nəfər namizdəliyini irəli sürüb.
Ölkə daxilində seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 12:00) açılacaq və 19:00-da (Bakı vaxtı ilə 23:00) bağlanacaq. Portuqaliyada 9 milyondan artıq seçici səsvermə hüququna malikdir.
Qeyd edək ki, əgər namizədlərdən heç biri 50 faizdən artıq səs toplamazsa, fevarın 14-ü seçkilərin ikinci turu keçiriləcək.