Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2021 09:22
Virus dondurulma və soyuq saxlama şəraitində uzun müddət yaşaya və qablaşdırmadan insanlara keçə bilər.
Sonxeber.net Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu həkim-infeksionist Sədrəddin Atakişizadə deyib.
Onun sözlərinə görə, son bir ilin təcrübəsi göstərir ki, koronavirus hava-damcı yolu ilə keçir. Eyni zamanda, virus əşyalar vasitəsilə də yayılır. Koronavirusun səthlərdə qalıcılıq müddəti isə müxtəlifdir.
Mütəxəssis hesab edir ki, mağazalardan məhsul alarkən əlcəkdən istifadə edilməldir.
Həkim-infeksionist xatırladıb ki, virusla bağlı təhülükə hələ qalmaqdadır. Odur ki, sanitar-gigiyenik qaydalara riayət edilməsi vacibdir.