Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2021 19:56
Sinqapurun ən iri bankı olan DBS dekabrın 10-u "DBS Digital Exchange" adlı rəqəmsal aktivlər birjasının yaradıldığını elan etdi. DBS mətbuat üçün rəsmi açıqlamasında birjanın yalnız institusional investorlar üçün açıq olacağını təsdiqləyib. Tənzimlənən kriptovalyuta birjası tokenləşdirilmiş qiymətli kağızları və dörd əsas kripto-aktivi (BTC, ETH, BCH və XRP) dəstəkləyəcək. Kriptovalyutalar Sinqapur dolları (SGD), ABŞ dolları (USD), Hong Kong dolları (HKD) və Yapon yeni (JPY) ilə ticarət olunacaq.
Sinqapur Fond Birjası (SGX) "DBS Digital Exchange"-in 10%-lik səhm payına sahib olacaq. Hər iki təşkilat Sinqapurun rəqəmsal aktivlər və kriptovalyutalar bazarlarını inkişaf etdirmək üçün birlikdə çalışacaqlar.