Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2021 18:55
ARB TV-nin "Hüseynova bacıları" verlişinin növbəti qonağı müğənni Manaf Ağayev olub.
Sonxeber.net xəbər verir ki, müğənni ünvanına yazılan təhqirlərlə bağlı açıqlama verib:
"Yeganə müğənni olmuşam ki, 35 ildə mənə söyüş söyən, təhqir edən olmamışdı. Ancaq yaxşı oğlansan, yaxşı kişisən, səndən yoxdur, əsl azərbaycanlısan kimi sözlər yazırdılar. Bir dəfə Mətanət Əsədovanı müdafiə edəndə olmuşdu. Onda da camaat başa düşmürdü. Mənim genimdə var. Mümkün deyil mənim yanımda hansısa bir qadını alçaldalar".
Müğənni hamıya əl tutmağından da danışıb:
"Bir Rəqsanə xanımdan başqa mən etdiyim yardımı kim edibsə bu ölkədən çıxım gedim. Fizulinin işğaldan azad olunması xəbərinə görə (VAZ)21011 ver dedilər, (VAZ) 2107 aldım verdim. Yeri gəlib demək lazımdır, demirsən olmur. Heç kim bilmədi, amma Fədayə Laçının başına iş gələndə 2 il mən onun evinə nələr elədim, halal xoşu olsun. Heç biri ilə də münasibətim olmayıb. Sadəcə mən doğulanda belə doğulmuşam. Dostumun ağır günündə yanında olmağını xoşlayıram. Ömrümün sonuna qədər yadımdan çıxartmaram. Günel Ələkbərovaya zamanında nəsə yaxşılıq etmişəm, nə idisə özüm də unutmuşam. Dedi ki, mənə bir dəfə yaxşılıq etmisən, amma yadıma gəlmədi. Yaxşılığı maadiyyatla düşünürəm ki, cibinə 5 manat pul qoymuşam, amma olmayıb. Bir də gördüm məni dəstəkləyən bir paylaşım edib. Bir də Vüsal Əliyev və Vasif Məhərrəmli məni müdafiə edən paylaşım edib".
Müğənni oğlunun müharibəyə getməməsinə görə onu qınayanlara səsləndi:
"Tutmusuz Manafın oğlundan. Manafın oğlu Sərhəd Qoşununda əsgərliyini çəkib. Birincisi aparmırlar, ikincisidə ki, Manafın oğlunu nə vaxt cağırdılar ki, getmədi. Niyə demirsiz ki, Manafın bacısı, qardaşı, qayını, xalası oğulu vuruşur. Sual yaranır, niyə Manafın oğlu? Bunu edənin şansı onda gətirdi ki, bizim hüzürümüz düşdü, ardınca isə bütün ailə ard-arda koronovirus tutdu. Bunları yazdıranlar içimizdəndir. Ağız-ağıza öpüşdüyüm adamdır. Gözləyirəm, dillənsin ki, səs yazılarını çıxarım ortaya".