Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2021 08:48
"Google" şirkəti Yer kürəsinin mürəkkəb relyefli ərazilərini sürətli internetlə təmin etməyi nəzərdə tutan "Project Loon" layihəsindən imtina edib. Layihə hava şarları ilə planetimiz üzərində internet ötürücü şəbəkənin qurulması yolu vasitəsilə həyata keçirilməli idi. Lakin müasir iqtisadi vəziyyət sözügedən layihənin uğur qazanmasını sual altında qoyurdu.
Qeyd edək ki, layihə 2013-cü ildə "Google X" bölməsi tərəfindən irəli sürülüb. 2018-ci ildə "Project Loon" ayrıca bölmə olaraq "müstəqillik" qazanıb.
Xatırladaq ki, bir vaxtlar "Facebook"da analoji layihə ilə çıxış edib və bütün dünyanı internetlə təmin edəcəyinə söz verib. Lakin hələ iki il öncə "Facebook Aquila" adlanan bu layihə də uğursuzluğa düçar olub.