Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2021 13:06
Bakı. İlhamə İsabalayeva - Trend:
Psixoloqlarımızın dəstəyi sayəsində müharibədə iştirak edən şəxslər və ya onların ailə üzvləri arasında bir neçə dəfə intihar cəhdinin qarşısı alınıb.
Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.
Onun sözlərinə görə, belə şəxslər üçün psixoloq dəstəyi onlayn formada həyata keçirilir:
"Xoşagəlməz hallarla üzləşən şəxslər onlayn psixoloji dəstək almaq üçün 050 406-75-85 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Hazırda bu istiqamətdə 5 peşəkar psixoloq işləyir. Lazım olduğu təqdirdə evlərə də gedirlər”.