Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2021 16:56
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda ovçuluq təsərrüfatlarında ovlanması nəzərdə tutulan heyvanların sayının artırılması və ovçuluq təsərrüfatlarında bu kimi fəaliyyətin daha da genişləndirilməsi nəzərdə tutulur. Bununla bağlı artıq bir ovçuluq təsərrüfatında pilot layihəyə başlanılıb.
Trend-in məlumatına görə, bunu ETSN Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda bildirib.
Onun sözlərinə görə, məqsəd fərdi sahibkarla əməkdaşlıq qurmaqla sahibkarlığın inkişafına töhfə verməkdir. Digər tərəfdən, həmin təsərrüfatların daha intensiv inkişaf etdirilməsi, infrastrukturunun yaxşılaşdırılması bəzi növlərin sayının artmasına gətirib çıxara bilər: “Bu, müasir istirahət növünün formalaşmasına gətirib çıxara bilər. Hazırda bu istiqamətdə pilot layihə üzrə bir təsərrüfatda iş aparılır. Digər təsərrüfatlarda da bu işi genişləndirməyi nəzərdə tuturuq”.