Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2021 17:24
Bakı. Ceyhun Ələkbərov - Trend:
Azərbaycanda qeyri-neft sektorunun Ümumi Daxili Məhsulda (ÜDM) xüsusi çəkisi 70%-i ötüb.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O qeyd edib ki, dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində tədbirlər davam etdirilir.