Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Danimarka klubundan Bəhlul Mustafazadə üçün təklif

Danimarka klubundan Bəhlul Mustafazadə üçün təklif

Tarix: 26 Yanvar 2021 19:24

"Sabah"ın müdafiəçisi Bəhlul Mustafazadə karyerasını Danimarkada davam etdirə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu ölkənin "Veyle" klubu millimizin üzvü üçün "Sabah"a təklif göndərib.
 
1,91 sm boya malik mərkəz müdafiəçisinin yaxşı seçim olduğu bildirilib. Mustafazadənin "Sabah"da və milli komandada əsas heyət üzvü olması diqqətə çatdırılıb.
Danimarkada "transfer pəncərəsi" fevralın 1-nə qədər açıq olduğundan, "Veyle" Mustafazadənin keçidini həmin vaxta qədər həll etməyə çalışmalıdır.

Qeyd edək ki, "Veyle" Danimarka Superliqasında 13 turdan sonra 15 xalla 10-cu pillədə qərarlaşır. Bəhlul Mustafazadənin "Sabah"la müqavilə müddəti isə 2022-ci ilin yayına qədərdir.

Milli.Az


Etiketlər:  Danimarka klubundan Bəhlul Mustafazadə üçün təklif


RƏYLƏR