Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2021 21:56
Getir keçən il aldığı 38 milyon dollarlıq sərmayənin ardından ikinci turda 128 milyon dollar sərmayə alıb. Yeni yatırımlarla 5 il ərzində dəyərini təxminən 850 milyon dollara qədər yüksəldə bilib.
Sonxeber.net techland.az-a istinadən bildirir ki, Getirdə işləyən əməkdaşların da istəkləri ilə bu yatırım turunda işçilərə investor olmaq şansı yaradıldı. 250-dən çox Getir işçisi şirkətə ortaq oldu. Getirdən sonra GetirBüyük, GetirSu ve GetirYemek xidmətləri də fəaliyyətə başlayıb. GetirBüyükdə təxminən 4 in məhsul, GetirYemekdə 15 mindən çox restoran yer alıb. Yeni investisiya ilə şirkət xarici bazarlarda da fəaliyyətə başlamağı planlaşdırır.