Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni “Snapdragon 870” mobil prosessoru təqdim edilib

Yeni “Snapdragon 870” mobil prosessoru təqdim edilib

Tarix: 26 Yanvar 2021 23:32

"Qualcomm" şirkəti bahalı smartfonlar üçün "Snapdragon 870" adlı yeni mobil prosessorunu təqdim edib. İstehsalçı prosessoru rəsmən təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Snapdragon 870" prosessoru "Snapdragon 865 " və "Snapdragon 888" modelləri arasında aralıq mövqe tutacaq.

"Qualcomm Snapdragon 870" prosessoru 7 nm-lik texnoloji proses üzrə hazırlanıb. Mərkəzi prosessor 3,2 QHs takt tezlikli "Cortex-A77" məhsuldar nüvəsindən, 3 ədəd "Cortex-A77" və 4 qənaətcil "Cortex-A55" nüvələrindən ibarətdir. Prosessorun qrafik imkanlarını "Adreno 650" video sürətləndiricisi təmin edir. Prosessor tezliyi 144 hersədək olan və 1440p təsvir ölçüsünə malik ekranları, 200 Mp-dək kameraları və 8K formatınadək videoların çəkilişini dəstəkləyir.

Milli.Az


Etiketlər:  Yeni Snapdragon 870 mobil prosessoru təqdim edilib


RƏYLƏR