Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2021 09:54
Bakı. Ceyhun Ələkbərov - Trend:
Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən "Motsart" adlı gəmiyə hücum zamanı öldürülən azərbaycanlının nəşi azərbaycana göndərilib.
Trend-in məlumatına görə, gəminin ikinci mühəndisi olan Fərman İsmayılovun nəşi səhər saatlarında Türk Hava Yolları (THY) ilə Azərbaycana yola salınıb.
F. İsmayılovun nəşini daşıyan təyyarı bu gün səhər saat 07:25-də İstanbul hava limanından havaya qalxıb.
Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub.