Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Tarix: 27 Yanvar 2021 11:00

Bakı. Zeyni Cəfərov, Orxan Nəbiyev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 26-da 56,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,53 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 55,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,52 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,58 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 55,38 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,4 dollar/barel çoxdur.


Etiketlər:  Azərbaycan nefti bahalaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ