Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Premyer Liqada unikal rekord

Premyer Liqada unikal rekord

Tarix: 27 Yanvar 2021 14:10

İngiltərə Premyer Liqasında unikal rekord qeydə alınıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, tarixdə ilk dəfə doqquz komanda bir mövsüm ərzində turnir cədvəlinə başçılıq edib.

Bu, ötən gecə "Mançester Siti"nin səfərdə "Vest Bromviç"ə qalib gələrək (5:0) liderliyə yüksəlməsi ilə gerçəkləşib.

Bu mövsüm "Mançester Siti"dən əvvəl müxtəlif vaxtlarda "Arsenal", "Everton", "Lester", "Liverpul", "Sautqempton", "Tottenhem", "Çelsi" və "Mançester Yunayted" ilk pillədə olub.

Hazırda turnir cədvəlində ikinci yerdə 40 xalla "Mançester Yunayted" qərarlaşıb. 38 xalı olan "Lester" 3-cüdür.

Milli.Az


Etiketlər:  Premyer Liqada unikal rekord


RƏYLƏR