Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

On ildə dünyada təbii fəlakətlər nəticəsində 410 min insan həlak olub

On ildə dünyada təbii fəlakətlər nəticəsində 410 min insan həlak olub

Tarix: 27 Yanvar 2021 21:48

Ötən on il ərzində dünyada iqlim dəyişikliyi ilə bağlı təbii kataklizmlər və fəlakətlər 410 mindən çox insanın həyatına son qoyub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterriş İqlim Dəyişikliyinə Adaptasiya üzrə Sammitdə çıxış edərkən deyib. Onun sözlərinə görə, dünya misli görünməmiş ekstremal iqlim təzahürlərinə şahidlik edir.

"Dünya Meteorologiya Təşkilatının məlumatına əsasən, son 50 il ərzində hava, iqlim və su faktorları ilə bağlı 11 mindən çox təbii fəlakət baş verib", - deyə Antoniu Quterriş bildirib.

BMT-nin Baş katibi həmin illər ərzində təbii fəlakətlərin aradan qaldırılması üzrə tədbirlərə 3,6 trilyon dollar vəsait xərcləndiyini vurğulayaraq deyib: "Ekstremal hava və iqlim şəraiti ilə bağlı fəlakətlər son on illər ərzində 410 mindən çox insanın həyatına son qoyub. Həlak olanların böyük əksəriyyəti aşağı və orta gəlir səviyyəsi olan ölkələrin payına düşür".

Antoniu Quterriş, həmçinin "ehtiyacımız olan aşağı karbonlu və yüksək dayanıqlı gələcəyə təkan vermək" məqsədilə dünyanın COVID-19 pandemiyasından bərpa olunmasının maliyyələşməsi üçün trilyonlara ehtiyac olduğunu bildirib.


Etiketlər:  ildə dünyada təbii fəlakətlər nəticəsində insan həlak olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ