Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə Superkubok oyununda qalmaqal baş verib

Türkiyədə Superkubok oyununda qalmaqal baş verib

Tarix: 28 Yanvar 2021 08:54

Türkiyə Superkubokunda "Trabzonspor"la "Başakşəhər" arasında keçirilən oyunda qalmaqal yaşanıb.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, matçın son dəqiqələrində məşqçilər arasında insident baş verib.

"Trabzonspor"un 86-cı dəqiqədə vurduğu qələbə qolundan sonra hər iki komandanın texniki zonasında gərginlik olub. "Başakşəhər"in baş məşqçisi Okan Buruk hakimə etirazını alqışla bildirib. "Trabzonspor"un köməkçi məşqçisi Egemen Qorxmaz isə Burukın hərəkətinə söyüşlə cavab verib. Gərginliyin artdığını görən referi Qorxmazı və "Başakşəhər"in texniki zonasından bir məşqçini qırmızı vərəqə göstərərək tribunaya göndərib.

Qeyd edək ki, oyun "Trabzonspor"un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Etiketlər:  Türkiyədə Superkubok oyununda qalmaqal baş verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ