Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2021 13:12
Bakı. Fidan Babayeva, Orxan Nəbiyev - Trend:
Azərbaycan məhsullarının ixracının dəstəklənməsi məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Yaponiya və Pakistan bazarlarını tədqiq edir.
Trend-in məlumatına görə, bunu AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev Fondun 2020-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin bazarların tam təhlilindən sonra Yaponiyada və Pakistanda ticarət evlərinin açılması planlaşdırılır.
Y.Abdullayev xatırladıb ki, Azərbaycanın ilk ticarət evi 2017-ci ildə Belarusda açılıb.