Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2021 14:42
Qış fasiləsində "Zirə"dən ayrılan Kayo Rangelin yeni klubu müəyyənləşib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, braziliyalı hücumçu karyerasını ölkəsi Braziliyada davam etdirəcək. O, Paulista liqasında mübarizə aparan "Santo Andre" ilə müqavilə imzalayıb. Bu barədə klubun saytı məlumat yayıb.
Xatırladaq ki, 25 yaşlı oyunçu ötən ilin yayından "Zirə"də çıxış edirdi.