Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qubada karantin rejimini pozan dönərxana aşkarlanıb

Qubada karantin rejimini pozan dönərxana aşkarlanıb

Tarix: 28 Yanvar 2021 15:51

Bakı. Trend:

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən dönərxana aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti icarə əsasında işlədən Babək Camalov və orada olan 3 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.


Etiketlər:  Qubada karantin rejimini pozan dönərxana aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ