Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ətiri xanıma göstərib gətitirəm'' deyən oğru kameraya düşdü (VİDEO)

''Ətiri xanıma göstərib gətitirəm'' deyən oğru kameraya düşdü (VİDEO)

Tarix: 28 Yanvar 2021 18:30

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda maraqlı oğurluq hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə ötən gün Nərimanov rayonunda qeydə alınıb. Ətir dükanına gələn müştəri məhsullar barədə məlumat alıb. Daha sonra onların birini seçərək avtomobilində olan xanımına göstərəcəyini deyib və mağazadan çıxıb.

Bir müddət keçdikdən sonra satıcı həmin şəxsin geri qayıtmadığını gördükdə, ətirin oğurlandığını anlayıb. Oğrunun mağazadan ətiri alıb çıxdığı görüntülər videokameraya düşüb.


Etiketlər:  Ətiri xanıma göstərib gətitirəm deyən oğru kameraya düşdü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ