Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2021 10:48
Bakı. Samir Əli - Trend:
Badamdar qəsəbəsindəki sürüşmə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən monitorinqlərə başlanılıb.
Trend-in məlumatına görə, bunu Səbail rayonu, Badamdar qəsəbəsindəki sürüşmə ərazisində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
O bildirib ki, hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır: "Bu ərazidə sürüşmə ilk deyil. Ərazi həmişə sürüşməyə meyilli olub. Hazırda ərazidə işlər davam etdirilir".