Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Tarix: 29 Yanvar 2021 11:48

Bakı. Zeyni Cəfərov, Orxan Nəbiyev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 28-də 56,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,61 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 55,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,6 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,75 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 55,14 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,59 dollar/barel azdır.


Etiketlər:  Azərbaycan nefti ucuzlaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ