Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda böyük məbləğdə borca pul verən QADIN YOXA ÇIXDI - VİDEO - FOTO

Azərbaycanda böyük məbləğdə borca pul verən QADIN YOXA ÇIXDI - VİDEO - FOTO

Tarix: 29 Yanvar 2021 17:24

Xəbər verdiyimiz kimi, Azərbaycanın Gəncə şəhərindən bazara gedən 57 yaşlı qadın bir daha evə qayıtmayıb. Bu barədə ATV telekanalında yayımlanan verilişdə izləyicilərə bildirilib.

Sonxeber.net sonxeber.az-a istinadən xəbər verir ki, Sünbül adlı qadının axtarışları davam edir.

"Bizimləsən" layihəsində axtarışın bəzi detalları üzə çıxıb. Belə ki, qadının əqli problemlərinin olduğu haqqında məlumatlar əldə edilib. Bazarda satıcılardan bir nəfər onun kimi alverçi işləyən Sünbül xanımın son günlər özünü qəribə apardığını, alıcının onun satdığı göyərtini almadığı təqdirdə, götürüb yerə çırpdığını deyib. Sünbülün qardaşı Etibar isə onun oğlunun yaşadığı iki otağın qapısını bağladığını, əlacı kəsilən ananın evin dəhlizində yatdığı bildirib.

Sünbül xanımın axtarışı ilə bağlı yeni detallar məlum olub. Onun Akif adlı kişi ilə qeyri- rəsmi həyat yaşadığı məlum olub. Evindən isə bildirilib ki, həmin qadın avtobusdan istifadə edəndə belə yol pulu vermirmiş, nəvələrinə kiçik olsun belə hədiyyələr almırmış. Dekabr ayının 24- də bazara gedərək yoxa çıxan qadını yanvar ayının 8 -i keçmiş gəlini axtarış üçün polisə verib. Qadın daima böyük məbləğdə borca pul verirmiş.

Son məlumatda onun Fəvvarələr meydanında oturacaqda əyləşən vəziyyətdə görüblər. Sünbül bildirib ki, evdən getməyinə əsas səbəb gəlininin oğlunun paltarlarını yumaması, onun deyil, gəlininin tərəfini tutması və beləcə onun evdən didərgin salınmasıdır. Qadın həmçinin deyirmiş ki, pulunuzun qədrini bilin, məni çöllərə atdılar.

Qeyd edək ki, evdən çıxarkən Sünbül adlı qadının əynində boz palto olub. Onun artıq bir aydır ki, itkin düşdüyü deyilir.


Etiketlər:  Azərbaycanda böyük məbləğdə borca verən QADIN YOXA ÇIXDI VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ