Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran məşhur mesajlaşma tətbiqini niyə blokladı?

İran məşhur mesajlaşma tətbiqini niyə blokladı?

Tarix: 30 Yanvar 2021 08:32

WhatsApp-ın yeni istifadə qaydalarından sonra bütün dünyada böyük rəqəmsal köç başladı. İnsanlar ilk olaraq Teleqram və Siqnala müraciət etdilər. Bu platformalar təhlükəsizlikləri sayəsində xeyli istifadəçi cəlb etdilər.

Milli.Az ted.az-a istinadən bildirir ki, çox insanın Teleqramdan yararlandığı İrandakı Siqnal istifadəçiləri bazar ertəsindən bəri tətbiqə daxil ola bilmirlər. Artıq Açıq Şəbəkə Müdaxiləsi Təşkilatı da Siqnalın bazar ertəsi bloklanmasına diqqət çəkib.

Tətbiqdəki bəzi problemlər isə 14 yanvarda başlayıb və İran hökuməti Siqnalın yerli mağazadan çıxarılmasını tələb edib. İran hökumətinin bu məhdudlaşdırma səyləri WhatsApp-ın məxfilik razılaşmasından sonra baş verib. Siqnal rəsmi Tvitter hesabında bildirib ki, İran xalqı bu məhdudiyyətə layiq deyil və azad ünsiyyət onun da haqqıdır.

Milli.Az


Etiketlər:  İran məşhur mesajlaşma tətbiqini niyə blokladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ