Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2019 10:28
Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyədə FETÖ (Fəthulllah Gülən hərəkatı) terror hərəkatı ilə mübarizə çərçivəsində İstanbulda 210 hərbçi saxlanılıb.
Trend-in məlumatına görə, saxlanılanlar arasında 5 polkovnik, 7 polkovnik-leytenant, 14 mayor və 33 kapitan da var.
Son 7 ay ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından 1076 hərbi qulluqçu xaric edilib.
Qeyd edək ki, Fəthullah Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin