Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oğlu doğulandan 10 gün sonra şəhid xəbəri gəldi - FOTO

Oğlu doğulandan 10 gün sonra şəhid xəbəri gəldi - FOTO

Tarix: 31 Yanvar 2021 16:56

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət 1991-ci il təvəllüdlü baş leytenant Babayev Ramil Taqət oğlundan gedir. Kürdəmirin Şilyan kəndində anadan olan şəhid zabitimizin nəşi Murovdağ istiqamətində tapılıb. Nəşin Ramil Babayevə aid olması DNT analizi nəticəsində müəyyənləşib. Şəhidimiz bu gün Kürdəmirin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ailəsi sonuncu dəfə Ramillə sentyabrın 29-da əlaqə saxlaya bilib. Həmin tarixdən sonra zabitlə əlaqə saxlamaq mümkün olmayıb. O, Goronboyda N saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edib. Baş leytenant Ramil Babayev Aprel döyüşlərinin də iştirakçısı olub.

Ailəli idi, iki yaşında bir qızı və on gün öncə dünyaya gələn bir oğlu var.


Etiketlər:  Oğlu doğulandan gün sonra şəhid xəbəri gəldi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ