Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Misir tezliklə 10 ən böyük təbii qaz ixracatçısı ölkələrinin sırasına qoşulacaq

Misir tezliklə 10 ən böyük təbii qaz ixracatçısı ölkələrinin sırasına qoşulacaq

Tarix: 31 Yanvar 2021 20:22

Yaxın aylarda Misir dünyanın 10 ən böyük təbii qaz ixracatçısı olan ölkələrin sırasına daxil olacaq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Misirin neft naziri Tariq əl-Molla jurnalistlərə müsahibəsində bildirib.

Misirli nazir qeyd edib ki, 2021-ci ildə mayeləşdirilmiş təbii qaz (LNG) ixracını rekord səviyyəyə çatdırmaq məqsədilə müvafiq müəssisələrdə işlər yekunlaşmaq üzrədir. Bundan başqa, fevralın sonunda 8 illik fasilədən sonra Damietta qaz emalı zavodu da tam gücü ilə işləyəcək. Bu müəssisədə ildə 4,5 milyon ton LNG istehsal ediləcək, ölkənin ümumi hasilatı isə 14,5 milyon tona çatacaq.

Nazir əlavə edib ki, COVID-19 pandemiyası səbəbindən 2020-ci ildə təbii qazın qiymətləri aşağı düşüb, lakin oktyabrdan başlayaraq tələbat artmağa başlayıb. Onun sözlərinə görə, Misir hökuməti ölkənin daxilində ictimai nəqliyyatın da LNG yanacağı ilə işləməsi üçün tədbirlər həyata keçirir.


Etiketlər:  Misir tezliklə böyük təbii ixracatçısı ölkələrinin sırasına qoşulacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ