Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu məktəbdə zəng Xudayarın ifası ilə əvəzləndi - VİDEO

Bu məktəbdə zəng Xudayarın ifası ilə əvəzləndi - VİDEO

Tarix: 1 Fevral 2021 15:26

Bakıda 279 nömrəli tam orta məktəbin zəngi dəyişdirilib. Bu gündən etibarən məktəbdə ənənəvi zəng əvəzinə şəhid Xudayar Yusifzadənin ifa etdiyi "Vətən yaxşıdır" mahnısı səsləndirilib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu təşəbbüsün həyata keçirilməsində məqsəd məktəblilərə Vətən müharibəsindəki zəfərimizi daha dərindən hiss etdirmək və onlarda vətənpərvərlik duyğularının inkişaf etdirilməsidir.

"Hər gün səhər məktəbimizdə dərslər başlayanda bir dəqiqə müddətində şəhidimiz Xudayar Yusifzadənin ifa etdiyi "Vətən yaxşıdır" mahnısı səsləndiriləcək. Onun ardınca təxminən 20 saniyə karantin qaydaları ilə bağlı məlumat verilir və himnimiz oxunur. Həmçinin hər dəfə dərs başlayanda və bitəndə zəng əvəzinə şəhidimizin oxuduğu mahnı səslənir. İstəyirik ki, şagirdlərimiz zəfər günlərini daha yaxşı hiss eləsinlər".

S. Abdullayeva əlavə edib ki, artıq bu yenilik məktəbin həm müəllim kollektivi, həm də şagirdlər arasında böyük rəğbətlə qarşılanıb.


Etiketlər:  məktəbdə zəng Xudayarın ifası ilə əvəzləndi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ