Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2019 18:18
Bakı. Samir Əli - Trend:
Bu gün Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində ictimai asayişin qorunması və hərəkətin təhlükəsizliyi ilə əlaqədar reyd keçirib.
Trend-in əməkdaşının da iştirak etdiyi reydlər zamanı qayda pozan sürücü və piyadalara qarşı tədbir görülüb.
Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin axtarış üzrə inspektoru, polis mayoru Kamil Rəhimov bildirib ki, gün ərzində yol polis əməkdaşlarının keçirdiyi reyd zamanı 15 sürücü saxlanılıb: "Saxlanılan sürücülərə qanuna müvafiq qaydada inzibati protokol tərtib edilib. Həmçinin gün ərzində piyadalar üçün müəyyən edilməmiş ərazilərdən keçərək avtomobillərin hərəkətinə mane olan və həyatı təhlükə yaradan 7 piyada saxlanılıb. Həmin piyadalar da inzibati protokol tərtib edilməklə cərimələnib.
Biz mütəmadi olaraq rayon ərazisində reyd və profilaktik tədbirlər keçiririk, sürücü və piyadaları qaydalara riayət etməyə çağırır, onlar arasında təbliğat aparırıq. Məqsəd yol hərəkəti qəzalarının sayının azaldılması, avtomobil və piyadaların təhlükəsizliyini təmin etməkdir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin