Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Atletiko'' La Liqaya şikayət etdi - Qrizmanna görə

''Atletiko'' La Liqaya şikayət etdi - Qrizmanna görə

Tarix: 19 Iyul 2019 18:36

"Atletiko" sabiq futbolçusu Antuan Qrizmannın transferi ilə bağlı La Liqaya və İspaniya Futbol Federasiyasına müraciət edib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubu iddia edir ki, Kataloniya təmsilçisi fransalı hücumçunun transferi üçün əlavə 80 milyon avro ödəməlidir.

Bu məsələnin La Liqada iyulun 25-i müzakirə ediləcəyi bildirilib.

Bundan başqa, "Atletiko" FİFA-ya da müraciət etməyi planlaşdırdığı vurğulanıb.

Qeyd edək ki, iyulun 1-də Qrizmannın təzminat qiyməti 200 milyon avrodan 120 milyon avroya düşüb. Kataloniya təmsilçisi son məbləği ödəyərək 28 yaşlı oyunçunu alıb. Ancaq Madrid klubu bildirir  ki, "Barselona" iyulun 1-nə kimi Qrizmannla transfer məsələsi ilə bağlı razılaşmaya nail olub. Buna görə klub 200 milyon avro təzminat tələb edir.

 


Etiketlər:  Atletiko Liqaya şikayət etdi Qrizmanna görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ