Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Britaniya ilə uçuşların dayandırılması müddətini uzadıb

Rusiya Britaniya ilə uçuşların dayandırılması müddətini uzadıb

Tarix: 2 Fevral 2021 10:04

Bakı. Trend:

Rusiya Böyük Britaniya ilə uçuşların dayandırılması müddətini fevralın 16-a qədər uzadıb.

Trend İnterfaks-a istinadən xəbər verir ki, bu barədə yeni koronavirus infeksiyasının daxili yayılmasına qarşı əməliyyat qərargahı məlumat verib.

"Rusiyada yeni koronavirus infeksiyasının yayılmasına qarşı əməliyyat qərargahı Böyük Britaniya ilə hava əlaqəsinin dayandırılmasını 16 fevral 2021-ci il saat 23:59-a qədər uzatmağa qərar verdi", - qərargahın məlumatında deyilir.

Qərargah qərarın əhalinin sağlamlığının qorunmasını təmin etmək üçün verildiyini bildirib.

Xatırladaq ki, Rusiya ölkədə "COVID-19" virusunun yeni növünün aşkarlanması səbəbindən 22 dekabr 2020 - 12 yanvar 2021 arasında Böyük Britaniya ilə uçuşları dayandırıb, daha sonra qərar fevralın 1-ə qədər uzadılıb.


Etiketlər:  Rusiya Britaniya ilə uçuşların dayandırılması müddətini uzadıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ