Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Cavanlar arasında yoluxma artacaq və ölüm halları çoxalacaq'' - Azərbaycanı gözləyən təhlükə - VİDEO

''Cavanlar arasında yoluxma artacaq və ölüm halları çoxalacaq'' - Azərbaycanı gözləyən təhlükə - VİDEO

Tarix: 2 Fevral 2021 10:08

Koronavirusun yeni ştammı daha sürətlə yayılır və daha çox ölümə səbəb olur. Bu isə o deməkdir ki, pandemiya nəinki bitib, əksinə ortaya çıxan daha təhlükəli forması ilə insanları yoluxdurmağa davam edir.

Sonxeber.net "xəzərxəbər"ə istinadən xəbər verir ki,Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancının sözlərinə görə, yeni ştamm hələlik Azərbaycanda qeydə alınmasa da, mütləq burada gələcək.

"İnsandan-insana yoluxma sürəti artıb. 50-70% civarında yoluxma sürətində artım müşahidə edilir. Əvvəllər bir nəfər bir nəfəri yoluxdururdusa, indi bu yoluxmalar daha da çox artacaq. Ona görə də ştamm ortaya çıxdığı ölkələrdə sürətlə yayılır.

Bunun nəticəsində daha çox insan xəstə olacaq, bunların arasından isə daha çox ağır xəstələrin olacağı ölüm faizinin artmasına səbəb ola bilər", - ÜST rəsmisi əlavə edib.

Hande Harmancının sözlərinə görə, yeni ştamm özü ilə yeni bəlalar gətirir. Cavanların yoluxma sayı kəskin aratacaq, ən çox ölüm haları isə yaşlılar arasında qeydə alınacaq.


Etiketlər:  Cavanlar arasında yoluxma artacaq ölüm halları çoxalacaq Azərbaycanı gözləyən təhlükə VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ