Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UEFA-dan ''Fənərbaxça''ya sanksiya

UEFA-dan ''Fənərbaxça''ya sanksiya

Tarix: 19 Iyul 2019 21:12

UEFA "Fənərbaxça"ya sanksiyalar tətbiq edib.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, buna İstanbul klubunun 2016-cı ildə imzaladığı maliyyə feyr-pley qaydalarını pozması səbəb olub.

"Fənərbaxça"nın UEFA-dan əldə edəcəyi gəlirin 2 milyon avrosunun kəsiləcəyi bildirilib. Əgər klub yaranmış borclarını bu il oktyabrın 15-ə kimi ödəyərsə, cərimə 1 milyon avroya düşəcək.

Bundan başqa, İstanbul təmsilçisi 2020/2021 və 2021/2022 mövsümlərində UEFA-ya 23-dən çox futbolçu sifariş edə bilməyəcək.

"Fənərbaxça", həmçinin transfer balansını qorumayacağı təqdirdə, 2020/2021 və 2021/2022 mövsümlərində yeni transferlərini avrokuboklar üçün heyətə daxil edə bilməyəcək.

UEFA maliyyə feyr-pley qaydasını pozduğuna görə klubu avrokuboklardan kənarlaşdırmayıb.

 


Etiketlər:  UEFA Fənərbaxçaya sanksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ